Rusiyada əmlakları alınan deputat axtarışa verildi
Rusiyada sabiq Dövlət Dumasının deputatı Yuri Napso barəsində axtarış elan olunub.
meqale.com "RİA Novosti" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir ki , Rusiya Daxili İşlər Nazirliyi Dövlət Dumasının keçmiş deputatı Yuri Napsonu qanunsuz torpaq ələ keçirdiyinə görə axtarışa verib .
Keçmiş deputat cinayət ittihamı ilə axtarışdadır, lakin Daxili İşlər Nazirliyinin məlumat bazasında konkret ittiham göstərilməyib.
Daha əvvəl Yuri Napsonun Soçi şəhərində hakimlərlə gizli şəkildə torpaq ələ keçirərkən tutulduğu bildirilmişdi .
Şahid ifadəsində federal və bələdiyyə mülkiyyətində olan bir neçə torpaq sahəsini qanunsuz olaraq ələ keçirdiyini bildirib. Onun sözlərinə görə, Napso həmin ərazilərdə mülklər tikib və qanunsuz məhkəmə qərarları ilə hüquqlarını qeydiyyata alıb.