"Onları işdən çıxarmağımız Təhsil Nazirliyinin göstərişi idi"
Xalq artisti Mənsum İbrahimov Azərbaycan Milli Konservatoriyasında bir çox müəllimin işdən çıxarılmasından danışıb.
meqale.com xəbər verir ki, xanəndə bu haqda "Tarixin bir günü" proqramında danışıb. M.İbrahimov bunun səbəbini isə belə izah edib:
"Dövlətin qanunlarını biz yazmırıq. Bu il bizdə xeyli insan işdən çıxarıldı. Çünki magistratura təhsilləri yox idi. Təhsil Nazirliyindən gələn göstərişdir, qanundur. Konservatoriyada müəllim işləmək üçün bütün ali təhsil olmalıdır. Fəxri adı olan olur, amma təhsili olmayan yox".
Qeyd edək ki, M.İbrahimov konnservatoriyanın Muğam kafedrasının müdiridir. (Axşam.az)