Tramp "Türkiye" adı ilə zarafat etdi - VİDEO
ABŞ prezidenti Donald Tramp "Türkiyə" adı ilə zarafat edib.
meqale.com xəbər verir ki, Tramp İnvestisiya Forumunda çıxış edərkən guya "Turkey" sözü ilə "hinduşka" sözlərini səhv salıb.
"Hinduşkanın qiyməti 33% düşüb. Türkiyəni nəzərdə tutmuram, yoxsa Ərdoğan zəng vurub deyər ki, "Mənim qiymətim 33% enməyib", - deyə Tramp "söz oyunu" oynayıb.
Qeyd edək ki, Türkiyə hələ bir neçə əvvəl tələb edib ki, rəsmi sənədlərdə adı "Türkiye" kimi göstərilsin.