Azərbaycanda bu şəxslərə vergi güzəşti tətbiq olunması təklif edilir
Azərbaycanda nail olacağımız ən mühüm göstəricilərdən biri məşğulluğun artması və daha çox iş yerlərinin açılmasıdır.
meqale.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili parlamentin bugünkü plenar iclasında Vergi Məcəlləsi və bir sıra qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
"Azərbaycanda yeni iş yeri açan, əməkhaqqını artıran sahibkarlara ən azı bir il müddətinə bütün vergilərdən 50 % güzəşt tətbiq edilsin. Azərbaycanda təhsil müəssisələrini bitirib ilk dəfə əmək bazarına yeni daxil olan insanlara da vergi güzəştləri tətbiq etmək lazımdır ki, bu, məşğulluqda daha çox effekt versin", - deyə deputat vurğulayıb.