Ağcabədidə ağır qəza - Əmiuşaqları həlak oldu
Ağcabədidə iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Qaradolaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Qazel" "VAZ-21015"lə toqquşub.
Nəticədə "VAZ"ın sürücüsü, 1984-cü il təvəllüdlü Orxan Vəliyev hadisə yerində ölüb.
Avtomobildə olan sərnişinlər - sürücünün həyat yoldaşı Türkan Vəliyeva və əmisi oğlu, 1972-ci il təvəllüdlü Elsevər Vəliyev Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Həkimlərin səylərinə baxmayaraq Elsevər Vəliyevin də həyatını xilas etmək mümkün olmayıb.
Ağır xəsarətlər alan Türkan Vəliyevanın müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir.