"Xanımlar, kişiləri boş buraxmaq olmaz"
Müğənni Əlikram Bayramov xəyanətlə bağlı fikirləri ilə gündəmə gəlib.
meqale.com xəbər verir ki, o, verilişlərin birində çıxışı zamanı xəyanəti "dünyanın ən böyük cinayəti" adlandırıb.
Sənətçi xüsusilə qadınlara müraciət edərək belə deyib:
"Kişiləri boş buraxmaq olmaz. Mənim xanımım hara getsəm görüntülü zəng edir ki, haradasan? Allah bunu xanımlara nəsib edib ki, kişilər qaça bilməsin. Nəsə olan kimi deyir, görüntülü aç. Görün, elm nə qədər inkişaf edib ki, harada olduğumuz xanımlar tərəfindən qorunsun."
Bayramov əlavə edib ki, kiminsə hissləri ilə oynamaq və yalan danışmaq "cinayətdir".