Şəhid məzarlarından oğurluq edən şəxslərin görüntüləri - VİDEO
Bakının Sabunçu rayonunda şəhid məzarlarından oğurluq edən şəxslər saxlanılıb.
meqale.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, ötən gün Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda şəhid Səyavuş Kəlbalıyev və Fəxri Məmmədovun məzarları üzərində olan şəxsi əşyalarının oğurlanması barədə polisə müraciət daxil olub.
Polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı Kənan Əsədli və 16 yaşlı Vüqar Quliyev saxlanılıblar. Onların məzarların üzərindən oğurladıqları gitara, hərbi çəkmə və hərbi dəbilqə aşkarlanaraq şəhid ailələlərinə qaytarılıb.