COP30-un keçirildiyi ərazidə yanğın baş verib - FOTO

Braziliyanın Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasının (COP30) iqlim konfransında yanğın baş verib. Təşkilatçılar nümayəndə heyətini, jurnalistləri və işçiləri təcili olaraq təxliyə etməyə məcbur olublar.

meqale.com xəbər verir ki, hadisə mərkəzin milli və tematik stendlərinin yerləşdiyi sərgi zonasında baş verib.

İlkin məlumatlara görə, yanğına elektrik nasazlığı səbəb ola bilər, lakin rəsmi səbəb hələ təsdiqlənməyib.

Yanğın tez bir zamanda söndürülüb; xəsarət alan olmayıb, lakin konfrans müvəqqəti olaraq dayandırılıb.