Tramp təyyarə və komandoları göndərdi - Xameneini izləyirlər
ABŞ Prezidenti Donald Trampın etirazçıların öldürüləcəyi təqdirdə İrana müdaxilə ediləcəyi barədə Tehran hökumətinə xəbərdarlığından sonra ABŞ hərbi təyyarələri və xüsusi təyinatlıları Böyük Britaniya və Almaniyaya köçürülüb.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Britaniyanın "San" nəşri yazıb.
Nəşrin məlumatına görə, 160-cı Xüsusi Əməliyyatlar Aviasiya Alayının C-17 Globemaster təyyarəsi və iki AC-130 təyyarəsi İngiltərədəki RAF Fairford Hava Bazasına eniş edib.
"Bu hərəkət 12 günlük müharibədə nüvə obyektlərinin bombalanmasından əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin hərəkətlərinə oxşayır.
Qırıcı təyyarələrin geniş etirazlarla üzləşən Əli Xameneini izlədiyinə inanılır. 160-cı alay adətən yüksək dəyərli hədəflərə qarşı sürətli və yüksək riskli missiyalar həyata keçirir", - nəşr əlavə edib.