Səudiyyə Ərəbistanı Azərbaycana yeni səfir təyin etdi
Səudiyyə Ərəbistanı Krallığı Azərbaycana yeni səfir təyin edib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə "Asharq Al-Awsat" nəşri yazıb.
Məlumata görə, Səudiyyə Ərəbistanı Azərbaycana Essam bin Saleh Əl-Cutaylini yeni səfir təyin edib. Səudiyyə Ərəbistanı hökumətinin yeni təyin etdiyi səfirlər Kral Salman bin Əbdüləziz Əl Səudun qarşısında and içiblər.
Qeyd edilir ki, Bruney, Yeni Zelandiya, Avstriya, Venesuela, Tanzaniya və Türkiyəyə də yeni səfirlər təyin olunub.