Sərgən Yalçın Neftçiyə gəlir? - AÇIQLAMA
Türkiyə və Azərbaycan mediasında türkiyəli məşqçi Sərgən Yalçın "Neftçi" futbol klubu ilə razılıq əldə etməsilə bağlı xəbərlər yayılıb.
meqale.com Trend-ə istinadən bildirir ki, Sərgən Yalçın "Neftçi"yə gəlişini onun köməkçisi Murat Şahin tərəfindən təsdiqləndiyi də bildirilir.
Bu barədə o "CBC Sport"da yayımlanan "Türkiyədən futbol" verilişində məlumat verilib.
Klubdan isə Trend-in sorğusuna cavab olaraq məlumat nə təsdiq edilib, nə də təkzib.