Şəmkirdə həyat yoldaşına odlu silahla xəsarət yetirən şəxs saxlanılıb - YENİLƏNİB

Şəmkirdə həyat yoldaşına odlu silahla xəsarət yetirən şəxs saxlanılıb.

Şəmkirdə həyat yoldaşına odlu silahla xəsarət yetirən şəxs saxlanılıb - YENİLƏNİB
Şəmkirdə həyat yoldaşına odlu silahla xəsarət yetirən şəxs saxlanılıb.

meqale.com xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov deyib.

Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həyat yoldaşına odlu silahla xəsarət yetirməkdə şübhəli bilinən Əfsun Əhmədov ov tüfəngi ilə birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

-------

22:20

Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini olan qadının odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov meqale.com-a bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.

İlkin araşdırmalar zamanı hadisəni qadını həyat yoldaşı 1990-cı il təvəllüdlü Şəmkir rayon sakini Əfsun Əhmədovun ov tüfəngi ilə yaralaması məlum olub.

Yaralı xəstəxanaya yerləşdirilib, cinayəti törətməkdə şübhəli bilinən şəxsin yerinin müəyyən olunaraq istintaqa təhvil verilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.