“Sağlam məhəllə” üçün 1,9 milyon manat ayrıldı
Prezident İlham Əliyev "Sağlam məhəllə" layihəsinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında sərəncam imzalayıb.
meqale.com AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, "Sağlam məhəllə" layihəsi çərçivəsində cari ildə 25 şəhər və rayonda açıq meydançaların tikintisi və avadanlıqla təchizatı işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ilkin olaraq 1,9 milyon (bir milyon doqquz yüz min) manat vəsait ayrılıb. meqale.com