"Sabah" evdə "Şamaxı"ya qalib gələ bilmədi

Misli Premyer Liqasının XII turunda daha bir matç keçirilib.

Misli Premyer Liqasının XII turunda daha bir matç keçirilib.

meqale.com xəbər verir ki, "Sabah" evdə "Şamaxı" ilə üz-üzə gəlib.

"Bank Respublika Arena"da baş tutan görüş qolsuz bərabərliklə nəticələnib.

Bu nəticədən sonra "Sabah" 22 xalla turnir cədvəlinin 4-cü pilləsindədir. 14 xala malik bölgə təmsilçisi isə səkkizincidir.

Turun son matçı bu gün "Neftçi" və "İmişli" arasında keçiriləcək. Qarşılaşma "Palms Sport Arena"da saat 17:30-da start götürəcək.

Qeyd edək ki, turun daha öncə keçirilən görüşlərində "Kəpəz" "Karvan-Yevlax"ı (2:1), "Qarabağ" "Sumqayıt"ı (4:2), "Zirə" "Qəbələ"ni (1:0) məğlub edib. "Araz-Naxçıvan" - "Turan Tovuz" görüşü isə heç-heçə nəticələnib - 1:1.