Bakıda ağır qəza - avtomobil 100 metr kənara düşdü - FOTO

Bu gün saat 20 radələrində paytaxtın Xəzər rayonunda ağır yol qəzası baş verib.

Bakıda ağır qəza - avtomobil 100 metr kənara düşdü - FOTO
Bu gün saat 20 radələrində paytaxtın Xəzər rayonunda ağır yol qəzası baş verib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Mərdəkan şosesində BMW və "Hyundai" markalı avtomobillər toqquşub.

Nəticədə avtomobillərdən biri yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinin məlumat lövhəsinə çırpılıb, digəri isə 100 metr kənara düşüb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb edilib.

Yolda və yanacaqdoldurma məntəqəsində böyük tıxac yaranıb.