Qonaq getdiyi evdə elektrik cərəyanının qurbanı oldu - VİDEO
Qonaq getdiyi yerdə avadanlıq təmir edərkən elektrik vurub.
meqale.com Xəzər TV-yə istinadən bildirir ki, hadisə Ağstafa rayonunun Düzqışlaq kəndində baş verib. Belə ki, kənd sakini 38 yaşlı Vəli Zeynalov elektrik cihazını təmir edən zaman elektrik cərəyanı onu vurub. O, hadisə yerində dünyasını dəyişib.
Yaxınlarının bildirdiyinə görə, mərhum qonaq getdiyi qohumu gildə elektriklə işləyən avadanlığı təmir edərkən onu cərəyan vurub.
Meyit müvafiq ekspertiza aparılması üçün aidiyyəti üzrə təhvil verilib. Hadisə yerinə prokurorluq və polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.