Qarşısına çıxan hər kəsə atəş açdı: 22 ölü, 60 yaralı - FOTO - YENİLƏNİB
08:33
ABŞ-ın Men ştatınlakı Lüiston şəhərində baş vermiş atımada 22 nəfər həlak olub, 62 nəfər yaralanıb.
meqale.com CNN-ə istinadən bildirir ki, 40 yaşlı Robert Kard şəhərin üç yerində - restoranda, "Walmart" marketində və "Sparetime bowling" əyləncə mərkəzində qarşısına çıxan hər kəsə AR-15 avtomatından atəş açıb.
ABŞ-ın Men ştatında baş verən atışma bütün cari il ərzində ölkədə baş vermiş silahlı zorakılıq hadisələri arasında qurbanların sayına görə ən böyüyüdür. Bu cür məlumatlar odlu silahların iştirak etdiyi bütün hadisələr haqqında məlumat toplayan bir təşkilat olan Silah Zorakılığı Arxivi (GVA) tərəfindən verilir.
Nəşr edilən materialda Lyuiston şəhərində baş verən atışmanın 16 nəfərin həyatına son qoyduğu göstərilir. Qeyd olunur ki, bu il üçün ən yüksək göstəricidir. İkinci yerdə Kaliforniyanın Monterey Parkında baş verən atışmadır, qurbanlarının sayı 11 nəfərdir.
Robert Kard saxlanılıb. Hadisə ilə bağlı ölkə prezidenti Co Baydenə də məlumat verilib.
-------
06:55
ABŞ-ın Men ştatının Lyuiston şəhərində baş verən atışmada 22 nəfər ölüb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, kimliyi məlum olmayan şəxsin avtomatdan açdığı atəş nəticəsində 60 nəfər yaralanıb.
Atışma restoran, mağaza və əyləncə mərkəzində baş verib.
Yaxınlıqda olan polis əməkdaşları atəş səslərini eşidib hadisə yerinə gəliblər.
Şübhəli şəxs hələ də azadlıqdadır və onun axtarışları davam edir.
Atışma ilə bağlı araşdırma aparılır.