“Qarabağ” “Napoli”yə qarşı
UEFA Çempionlar Liqasının Liqa mərhələsində bu axşam V turun qarşılaşmalarına start veriləcək.
meqale.com-ın məlumatına görə, turun ilk oyun günündə ümumilikdə doqquz matç baş tutacaq.
Bu çərçivədə "Qalatasaray" öz meydanında "Royal Union"u qəbul edəcək. "Ayaks" - "Benfika" dueli də bu günün ən diqqətçəkən görüşlərindən olacaq. Gecə saatlarında isə "Napoli" "Qarabağ"la, "Budyo/Qlimt" "Yuventus"la, "Çelsi" "Barselona" ilə, "Borussiya Dortmund" "Vilyarreal"la, "Mançester Siti" "Bayer Leverkuzen"lə, "Marsel" "Nyukasl Yunayted"lə, "Slaviya Praqa" isə "Atletik Bilbao" ilə üz-üzə gələcək.
Turun qarşılaşmalarına sabah yekun vurulacaq.
25 noyabr - UEFA Çempionlar Liqası, V tur
Saat 21:45 - "Qalatasaray" - "Royal Union" Saat 21:45 - "Ayaks" - "Benfika"
26 noyabr
Saat 00:00 - "Napoli" - "Qarabağ" Saat 00:00 - "Budyo/Qlimt" - "Yuventus" Saat 00:00 - "Çelsi" - "Barselona" Saat 00:00 - "Borussiya Dortmund" - "Vilyarreal" Saat 00:00 - "Mançester Siti" - "Bayer Leverkuzen" Saat 00:00 - "Marsel" - "Nyukasl Yunayted" Saat 00:00 - "Slaviya Praqa" - "Atletik Bilbao"