“Qarabağ” “Napoli” ilə bacarmadı - YENİLƏNİB
72-ci dəqiqədə top Marko Yankoviçə dəyərək qapımıza yönəlir. -----------
66-cı dəqiqədə Skot Maktominey hesabı açır.
---------- 55-ci dəqiqədə Mateuş Koxalski qapımıza təyin olunan penaltini ustalıqla dəf edir.
----------- Matç başladı.
-------------- "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirəcək.
meqale.com xəbər verir ki, komanda İtaliyada "Napoli" ilə üz-üzə gələcək.
"Stadio Diego Armando Maradona" stadionunda baş tutacaq V turun qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Matçın baş hakimi polşalı məşhur FIFA referisi Şimon Marçinyak olacaq.
"Qarabağ" Liqa mərhələsində 7 xalla 15-ci pillədə qərarlaşıb. Neapol klubu 4 xalla 24-cü sıradadır.