Peşəkar mühasib sertifikatının verilməsi üçün imtahanda iştirak ödənişli olacaq
Prezident İlham Əliyev "Mühasibat uçotu haqqında" qanununa dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
meqale.com AZƏRTAC-a istinadən bildirir ki, yenilənmiş qanuna əsasən, Azərbaycanda peşəkar mühasib sertifikatının verilməsi üçün imtahanda iştirak ödənişli olacaq.
Ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.
meqale.com