Onlayn qumar təşkil edən 20 nəfər tutuldu - VİDEO

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları növbəti əməliyyat texniki tədbir həyata keçirib və qanunsuz onlayn qumar və mərc platformalarına qoşulan istifadəçilər müəyyən edilib. Bu şəxslərin fəaliyyəti ölkədə mövcud hüquq qaydalarına uyğun gəlmədiyi üçün araşdırma aparılıb.

meqale.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Pinup, Mostbet, Xbet, Chcplay, fastloto və bu kateqoriyaya aid olan digər qanunsuz onlayn qumar resurslarına mütəmadi daxil olan və həmin oyunlarda iştirak edən Zahid Abdullayev, Rahib Kərimov, Ramin Hüseynov, Nihat İsrafilov, Gülməmməd Əzimov, İlqar Hüseynov və əlavə olaraq daha on dörd nəfər müəyyən olunub. Onların barəsində qanuna uyğun tədbirlər görülüb.

Qanunsuz mərc və qumar oyunlarından istifadə edən digər şəxslərin aşkar edilməsi istiqamətində işlər davam etdirilir.

Bir daha vətəndaşlara müraciət olunur və xaricdən idarə edilən, ölkə daxilində qanunsuz hesab edilən qumar oyunlarından uzaq durmaq tövsiyə edilir. Xəbərdarlıq edilir ki, belə oyunların təşkili cinayət məsuliyyəti yaratdığı kimi həmin oyunlarda iştirak etmək də məsuliyyət yaradır. Xüsusilə diqqətə çatdırılır ki, qanunsuz mərc oyunlarından qazanıldığı iddia edilən məbləğin göndərilməsi üçün vətəndaşlardan bank kartı məlumatları tələb olunur. Bu isə kibertalama halları ilə üzləşmək ehtimalını artırır və vətəndaşların bank hesabındakı vəsaitin itirilməsi ilə nəticələnə bilər.