Bakıda və Abşeronda bir sıra evlər və binalar məcburi köçürüləcək - AÇIQLANDI

Bakıda və Abşeron yarımadasında bir sıra evlərin və binaların məcburi köçürülməsi nəzərdə tutulur.

Bakıda və Abşeronda bir sıra evlər və binalar məcburi köçürüləcək - AÇIQLANDI
Bakıda və Abşeron yarımadasında bir sıra evlərin və binaların məcburi köçürülməsi nəzərdə tutulur.

meqale.com-ın əldə etdiyi məlumata görə, bu barədə artıq işlərə start verilib.

Su, yağış və tullantı sistemlərinin mühafizə zonalarında yerləşən və təhlükəsizliyə təsir edən evlərin və binaların məcburi köçürülməsi planlaşdırılır.

Artıq məsələ ilə bağlı siyahı hazırlanır. Hazırlanmış siyahı Su Ehtiyatları Agentliyi tərəfindən Nazirlər Kabinetinə təqdim ediləcək. Qərar Nazirlər Kabineti tərəfindən təsdiqləndikdən sonra icra olunacaq.