“Güllü” çölə baxarkən onu pəncərədən atdı” - İfadaləri ortaya çıxdı - FOTO

Türkiyəli müğənni "Güllü"nün (Gül Tut) ölümü ilə bağlı aparılan istintaq çərçivəsində təqsirləndirilən Sultan Nur Ulunun yeni ifadələri üzə çıxıb.

“Güllü” çölə baxarkən onu pəncərədən atdı” - İfadaləri ortaya çıxdı - FOTO
Türkiyəli müğənni "Güllü"nün (Gül Tut) ölümü ilə bağlı aparılan istintaq çərçivəsində təqsirləndirilən Sultan Nur Ulunun yeni ifadələri üzə çıxıb.

meqale.com xəbər verir ki, Türkiyə mediasının yazdığına görə, Sultan Nur Ulu istintaqa verdiyi ifadədə hadisə günü baş verənləri ətraflı danışıb. Onun sözlərinə görə, hadisədən bir gün əvvəl Güllünün Çınarcıqdakı evində qalıb və ölüm günü Güllü, Tuğyann və özü birlikdə olublar. Gün ərzində Yalova şəhər mərkəzinə gedib-gəldiklərini, dayə ilə bağlı görüş üçün ticarət mərkəzinə baş çəkdiklərini bildirib.

Şahid qeyd edib ki, axşam saatlarında evə qayıtdıqdan sonra birlikdə yemək sifariş edilib, daha sonra film izləmək qərara alınıb. Film zamanı Tuğyannın tez-tez otağına gedib-gəldiyini, telefonla sevgilisi Kervanla danışdığını deyən Sultan Nur Ulu bu vəziyyətin Güllünü narahat etdiyini bildirib.

İfadədə ən diqqətçəkən məqam isə hadisə anı ilə bağlı hissə olub. Şahid deyib ki, Güllünün üzünün balkona tərəf yönəldiyini, sanki çölə baxırmış kimi əyildiyini görüb. Onun sözlərinə görə, Tuğyann anasının arxasından qollarını qucaqlayaraq onu yuxarı doğru çəkib. Sultan Nur Ulu, Güllünün balkondan atılması zamanı qızının "sağ ol" deməsi ilə bağlı iddiaları isə təkzib edib və belə bir söz eşitmədiyini vurğulayıb.

Şahid həmçinin bildirib ki, Güllü tək qaldıqları anlardan birində "Mən yansam, ikimiz də yanacağıq" sözlərini deyib.

Qeyd edək ki, balkondan yıxılaraq həyatını itirən Güllünün qızı tərəfindən itələndiyi iddiası Türkiyədə böyük rezonans doğurub.

Hadisə ilə bağlı istintaq davam edir.

Xatırladaq ki, hadisə bu ilin sentyabr ayının 26-da baş verib. Müğənni Güllünün 6-cı mərtəbədən yıxılaraq öldüyü ehtimal olunurdu, lakin, qəsdən öldürüldüyü üzə çıxıb.