"Keçmiş ərim üçün elçi gedəcəyəm"

Müğənni Ümman Zali keçmiş həyat yoldaşı Rəhman Əliyev haqqında diqqətçəkən açıqlama ilə gündəmə gəlib.

Müğənni Ümman Zali keçmiş həyat yoldaşı Rəhman Əliyev haqqında diqqətçəkən açıqlama ilə gündəmə gəlib.

meqale.com xəbər verir ki, sənətçi ayrılıqlarına baxmayaraq, aralarındakı münasibətin hər zaman dostluq üzərində qurulduğunu bildirib.

Ümman açıqlamasında keçmiş həyat yoldaşı ilə uzun illərdir qarşılıqlı dəstək olduqlarını vurğulayıb:

"Biz ər-arvad olmamışdan əvvəl də dost idik. Bir-birimizə hər zaman dayaq olmuşuq. Artıq 17 ilə yaxındır bu münasibət davam edir".

Müğənni həmçinin etiraf edib ki, Rəhman Əliyevin yenidən ailə qurması üçün özü elçi getməyə hazırdır:

"Hətta onun üçün elçi gedəcəyəm. Demişəm ki, bu dəfə müğənni xanım almasın. Artıq uyğun gördüyümüz bir xanım namizəd də var".

Sənətçinin bu səmimi açıqlaması sosial şəbəkələrdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub.

Qeyd edək ki, müğənni əvvəllər tanınmış prodüser Rəhman Əliyevlə ailəli olub. R. Əliyev həm də Xalq artisti Tünzalə Ağayevanın ilk həyat yoldaşı kimi tanınır.