Müxalifət Paşinyandan "qaçdı"

Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyanın iştirakı ilə 44 günlük müharibə ilə bağlı parlament komissiyasının sabah keçiriləcək iclasında iştirakdan imtina edib.

Müxalifət Paşinyandan
Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyanın iştirakı ilə 44 günlük müharibə ilə bağlı parlament komissiyasının sabah keçiriləcək iclasında iştirakdan imtina edib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, "Sputnik Armenia"nın yaydığı məlumata görə, müxalifət parlament çoxluğunun iştirakı ilə yaradılmış komissiyanı öz hökumətinin əməllərini düzgün araşdıra bilməyəcəyini əsas gətirərək belə bir qərar qəbul edib.

Xatırladaq ki, müxalifət fraksiyalar bir müddət öncə parlamentdən kənar komissiyanın yaradılmasını təklif etsə də, hakimiyyət bunu rədd etmişdi.