Moskvadan Paşinyanın AP-də çıxışına reaksiya: Böyük addımlarla Zelenskinin yolu ilə gedir - YENİLƏNİB

Ermənistanın Baş naziri Nikol Paşinyan fəal şəkildə Ukrayna Prezidenti Vladimir Zelenskinin yolunu davam etdirir.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə TASS-a Moskvadakı yüksək vəzifəli mənbə bildirib.

"Ermənistanın Baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentindəki çıxışını, xüsusən də Rusiya və Rusiya-Ermənistan münasibətləri ilə bağlı dediklərini tamamilə məsuliyyətsiz və təxribat xarakterli çıxış kimi qiymətləndiririk. Moldovanı "Ukrayna nömrə 2" hesab etsək, Ermənistanı necə "Ukrayna nömrə 3"-ə çevirməyə çalışdıqlarını görürük, Paşinyan isə Vladimir Zelenskinin addımları ilə gedir", - mənbə vurğulayıb.

Qeyd edək ki, oktyabrın 17-də Avropa Parlamentində çıxışı zamanı Paşinyan bildirib ki, Ermənistanın təhlükəsizlik müttəfiqləri Qarabağ ətrafındakı vəziyyət fonunda açıq şəkildə ölkədə hakimiyyət dəyişikliyinə çağırış ediblər.

---------- 12:37 Moskva Ermənistanın Baş naziri Nikol Paşinyanın dünən Avropa Parlamentindəki çıxışını təxribat kimi qiymətləndirir.