Misli Premyer Liqası: XII tura yekun vurulur
Misli Premyer Liqasında XII tura bu gün yekun vurulacaq.
meqale.com xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşmasında "Sabah" "Şamaxı"nı qəbul edəcək.
Qarşılaşma saat 15:00-da start götürəcək.
Günün ikinci oyununda isə "Neftçi" klubu "İmişli" komandası ilə üz-üzə gələcək. Bu matç saat 17:30-da başlayacaq.
Misli Premyer Liqası
XII tur
23 noyabr
15:00. "Sabah" - "Şamaxı"
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Əkbər Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
"Bank Respublika Arena".
17:30. "Neftçi" - "İmişli"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
"Palms Sports Arena".