Lüksemburqun Böyük Hersoqu İlham Əliyevi təbrik edib
Lüksemburqun Böyük Hersoqu Anri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
meqale.com AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Zati-aliləri.
Ölkənizin milli bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.
Zati-alinizə şəxsi rifah, Azərbaycan xalqına isə firavanlıq və xoşbəxtlik arzulayıram". meqale.com