"Kişilər performans üçün dərman atır, amma bilmirlər ki, arıqlamaq bəs edir"

Uroloq Rodriqo Braz kişilərdə erektil disfunksiya ilə əlaqəli xəstəliklər barədə danışıb.

Uroloq Rodriqo Braz kişilərdə erektil disfunksiya ilə əlaqəli xəstəliklər barədə danışıb.

meqale.com xəbər verir ki, "Metropoles" nəşrinə açıqlamasında həkim bu problemin bir çox hallarda şəkərli diabet və ürək-damar sistemi xəstəlikləri, o cümlədən ateroskleroz, yüksək qan təzyiqi və ürəyin işemik xəstəliyi zamanı yarandığını bildirib.

Braz əlavə edib ki, cinsi zəiflik çox zaman azhərəkətli həyat tərzi, siqaret çəkmə və yüksək xolesterin səviyyəsi ilə də bağlı olur. Onun sözlərinə görə, bu faktorlar orqanizmin qan dövranını pozaraq cinsi funksiyalara mənfi təsir göstərir.

"Bir çox kişi sadəcə ereksiya üçün dərman istəyir, amma arıqlama, fiziki aktivlik və sağlam yuxu cinsi sağlamlıq üçün əsas amillərdir", - deyə uroloq vurğulayıb.

Mütəxəssis həmçinin qeyd edib ki, bəzi prostat xərçənginin müalicəsi əməliyyatlarından sonra da erektil disfunksiya yarana bilər.