İsrail Qəzzada HƏMAS-ın əsas bazasının yerini açıqladı
"Fələstinin radikal HƏMAS hərəkatının əməliyyatlarının əsas bazası Qəzza zolağında Şifa xəstəxanasının altında yerləşir".
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi kontr-admiral Daniel Həqari deyib.
O qeyd edib ki, HƏMAS-ın anklavdakı ən böyük xəstəxananın altında bir neçə yeraltı kompleksi var. Qrup liderləri buradan İsrailə birbaşa hücumlar etmək və silah saxlamaq üçün mərkəz kimi istifadə edirlər. Həqarinin sözlərinə görə, İsrail Müdafiə Qüvvələri həm xəstəxananın xaricində, həm də içərisində yeraltı bazaya aparan bir neçə tunelin yerini aşkar edib.