İsrail HAMAS-a bu qədər ziyan vurdu
İsrail Müdafiə Qüvvələri son 24 saat ərzində HAMAS-ın 400-dən çox hədəfini vurub və hərəkatın bir neçə komandirini öldürüb.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin "Telegram" kanalında məlumat verilib.
"HAMAS-ın terror hücumları imkanlarını aradan qaldırmaq üçün genişmiqyaslı əməliyyat zamanı İsrail Müdafiə Qüvvələri onlarla döyüşçüyə və hərəkatın məscidlərdəki dayaq nöqtələrinə zərbələr endirib", - İsrail ordusu bildirib.