İranın Bakıdakı səfiri İrəvana mesaj verdi
3+3 təşəbbüsü çərçivəsində xarici işlər nazirlərinin Tehran görüşü İranın qonşuluq siyasətinin davamı və tamamlanmasıdır. Regionçuluq və çarpaz məqsədli regional mexanizmlər yeni dünya düzəninin xarakterik əlamətləridir.
meqale.com axar.az-a istinadən bildirir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Abbas Musəvi X sosial şəbəkəsində qeyd edib.
"Regiondankənar qüvvələrin Qafqazda olması və müdaxiləsi qadağandır", - o bildirib.
Qeyd edək ki, hazırda Ermənistan müdafiə naziri Fransadadır. Onun Fransa müdafiə naziri ilə hərbi əməkdaşlığın genişləndirilməsi və silah satışı ilə bağlı saziş imzalayacağı gözlənilir.