İndoneziyada 6,5 ballıq zəlzələ oldu

İndoneziya sahillərində 6,5 maqnitudada zəlzələ qeydə alınıb.

İndoneziyada 6,5 ballıq zəlzələ oldu
İndoneziya sahillərində 6,5 maqnitudada zəlzələ qeydə alınıb.

meqale.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Mərkəzin məlumatına əsasən, təbii hadisənin episentri 101 min nəfərin yaşadığı Ternate şəhərindən 325 km şimal-qərbdə, ocağı 54 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.