İlham Əliyev Böyük Britaniyada səfərdədir - VİDEO - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə "Avropa Siyasi Birliyi" 4-cü Zirvə toplantısında iştirak etmək üçün İngiltərədə işgüzar səfərdədir.
meqale.com AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Prezidenti Oksforddakı Blenheim sarayına gəldi.
Dövlətimizin başçısını Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer qarşıladı.
meqale.com