İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib

Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Zati-aliləri cənab Devid Con Hörliyə təbrik məktubu göndərib.

İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Zati-aliləri cənab Devid Con Hörliyə təbrik məktubu göndərib.

meqale.com AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab General-Qubernator,

Avstraliya İttifaqının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Avstraliya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına firavanlıq və rifah arzulayıram". meqale.com