Heyvanı qamçı ilə döyən çoban məsuliyyətə cəlb edildi - FOTO
Sosial şəbəkələrdə Samuxda çobanın bir qoyunu qamçı ilə döyməsini əks etdirən görüntülər yayılıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində heyvanla rəhmsiz davranan şəxsin Samux rayon sakini V.Bayramquliyev olması müəyyən edilib.
Şəxs saxlanılaraq polis şöbəsinə gətirilib və barəsində qanunamüvafiq tədbir görülüb.