Canlı yayımda söyüş söyən tiktoker cərimələndi
Naxçıvan Muxtar Respublikasında tiktoker saxlanılıb.
meqale.com xəbər verir ki, hadisə Ordubad şəhərində qeydə alınıb.
38 yaşlı Marif Rzayev (ad və soyad şərtidir) axşam saatlarında kafedə Tiktok sosial şəbəkəsində canlı yayım açıb. Bu zaman tanıdığı bir şəxs ona zəng edib. Marif onunla zarafatlaşıb və canlı yayımda olduğunu unudaraq, nalayiq ifadələr işlədib. Bu əməlinə görə, Marif saxlanılıb və polis şöbəsinə aparılıb. Barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə protokol tərtib olunub.
O, əməlindən peşman olduğunu və himayəsində 2 azyaşlı övladının olmasını deyərək, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edib.