HƏMAS-ın kəşfiyyat rəhbəri məhv edildi
İsrail ordusu Qəzza zolağında HƏMAS-ın kəşfiyyat rəhbərinin məhv edildiyini bəyan edib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.
İsrail Müdafiə Qüvvələri Qəzzanın cənubundakı Xan Yunis şəhərində HƏMAS-ın regional kəşfiyyat rəhbərinin məhv edildiyini açıqlayıb.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.