Həbsxanada ona bal göndərən şəxsin mesajına əsəbiləşdi
Müğənni Fədayə Laçın izləyicilərindən birinin ona yazdığı mesajı paylaşıb.
meqale.com xəbər verir ki, sənətçi həbsxanada olarkən ona bal göndərən bir şəxsin yazdıqlarına əsəbiləşib.
Həmin şəxs Fədayəyə mesaj yazaraq "Sizə həbsxanaya bal göndərdim. Efirdə dediniz ki, Manaf Ağayev yanınıza gəlib və bal gətirib. Mənim adımı çəkmədiniz" sözlərini bildirib.