Gennadi Züqanov İlham Əliyevi təbrik etdi
Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının rəhbəri Gennadi Züqanov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
meqale.com president.az-a istinadən bildirir ki, təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizin yenidən Prezident seçilməyiniz ölkə vətəndaşları arasında şəksiz nüfuzunuzu və Azərbaycanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində fəaliyyətinizə verilən yüksək qiyməti təsdiq etdi. Əminəm ki, Sizin köməyinizlə ölkələrimiz arasında çoxplanlı əməkdaşlığın mühüm tərkib hissəsi olan Rusiya-Azərbaycan dialoqu gələcəkdə də inkişaf edəcəkdir. Hörmətli İlham Heydər oğlu, Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, cansağlığı və əmin-amanlıq arzulayıram". meqale.com