Filipp Kirkorov axtarışa verildi

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) rusiyalı müğənni Filipp Kirkorovu rəsmi şəkildə axtarışa elan edib.

Filipp Kirkorov axtarışa verildi
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) rusiyalı müğənni Filipp Kirkorovu rəsmi şəkildə axtarışa elan edib.

meqale.com xarici mətbuata istinadən xəbər verir ki, sənətçinin məlumatları hüquq-mühafizə orqanlarının axtarışda olan şəxslər üzrə elektron bazasına daxil edilib.

Məlumata görə, Filipp Kirkorov hələ oktyabrın 30-da axtarışa verilib. Lakin bununla bağlı məlumat ictimaiyyətə yalnız bu gün təqdim olunub.