Filarmoniyada Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti təşkil olunub
М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti təşkil olunub.
Konsertdə Azərbaycan Respublikasının Əməkdar artisti Əyyub Quliyevin rəhbərliyi altında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə solistlər - Azərbaycan Respublikasının Xalq artistləri Ülviyyə Hacıbəyova (piano), Yeganə Axundova (piano), Beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə (piano) və Prezident təqaüdçüsü Vurğun Vəkilov (piano) öz ifalarını dinləyicilərə təqdim ediblər.
Proqramda Qərbi Avropa bəstəkarlarının əsərləri səslənib.