FES-dən faiz dərəcələri ilə bağlı qərar
ABŞ Federal Ehtiyat Sistemi (FES) baza dərəcəsini illik 5,25-5,5 % səviyyəsində saxlayıb.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasının yekunlarına dair məlumatda deyilir.
Qərar FOMC üzvləri tərəfindən yekdilliklə qəbul edilib, əksər analitik və iqtisadçıların gözləntiləri ilə üst-üstə düşüb.