Estetik etdirmədiyini dedi, arxiv FOTOları üzə çıxdı

Türkiyəli model Özgə Ulusoy son açıqlamasına görə tənqid olunub.

Estetik etdirmədiyini dedi, arxiv FOTOları üzə çıxdı
Türkiyəli model Özgə Ulusoy son açıqlamasına görə tənqid olunub.

meqale.com axşam.az-a istinadən bildirir ki, aktrisa gözəllik sirrini bölüşüb və təbii yollarla formada qaldığını bildirib:

"Məni tənqid edənlər daha sonra mesaj yazaraq hansı estetik prosedurlardan keçdiyimi soruşurlar. Öncə bildirim ki, estetik etdirməmişəm, çox araşdırıram. Nə qədər bu tip şərhlər yazılsa da, öz təbii halımdan yetəri qədər məmnunam. Yediyimə, içdiyimə, yuxu rejimimə çox diqqət göstərirəm. Gün ərzində içdiyiniz suyun miqdarı belə dərinizə, dırnağınıza, saçınıza təsir edir. Botoks etdirirəm. Yeni mezoterapiyaları izləyirəm. Evdə maskalar edirəm. Məncə gözəllik sağlam və yaxşı olmaqdır".