Ermənistanda olan Kanada XİN rəhbəri Azərbaycanla sərhədə getdi

Ermənistanda səfərdə olan Kanadanın xarici işlər naziri Melani Coli Cermuxa (İstisu) gedib.

Ermənistanda olan Kanada XİN rəhbəri Azərbaycanla sərhədə getdi
Ermənistanda səfərdə olan Kanadanın xarici işlər naziri Melani Coli Cermuxa (İstisu) gedib.

meqale.com APA-ya istinadən bildirir ki, Kanada XİN rəhbəri Cermuxdakı Avropa İttifaqı Monitorinq Missiyasının mərkəzinə gedib.

"Kanadanın da qoşulduğu Avropa İttifaqı missiyasının həyata keçirdiyi işlər haqqında daha çox öyrənmək üçün Cermuxda olmaq çox xoşdur. Kanada bu missiyaya qoşulan ilk qeyri-Aİ ölkəsidir. Biz logistika məsələlərini müzakirə edəcəyik", - kanadalı nazir Aİ müşahidəçiləri ilə görüşdə deyib.