"Ermənilər də Azərbaycan Konstitusiyası ilə nəzərdə tutulan hüquq və təminatları əldə edəcəklər" - VİDEO - FOTO
"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin növbəti buraxılışı yayımlanıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, verilişin qonağı arxeologiya üzrə fəlsəfə doktoru, tarixçi Cəbi Bəhramov olub.
O qeyd edib ki, Azərbaycanda bir çox xalqların nümayəndələri yaşayır və onların təhlükəsizliyi bərabər dərəcədə təmin olunur.
"Ermənilər də bu cür hüquq və təminatlar əldə edəcəklər. Onlar Azərbaycan vətəndaşlığını qəbul edə və nəzərdə tutulan bütün hüquqlarla yaşaya bilərlər. Bəzi erməni "siyasətçi"lər bununla manipulyasiya edirlər. Onlar bilirlər ki, indi Azərbaycan 1990-cı illərin əvvəlindəki ölkə deyil. İndi Azərbaycan güclü, özünə yetən ölkədir. Azərbaycan Ermənistanla yerdə qalan məsələlərin sülh yolu ilə həllini təklif edir", - C.Bəhramov deyib.
Trend verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırır: meqale.com Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun