Elektron siqaret xərçəng yarada bilər - Professor

Xəbər verdiyimiz kimi, Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan ediləcək. Bu məsələ Milli Məclisə təqdim olunan qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, eləcə də istifadəsi qadağan olunacaq. Həmçinin nikotin tərkibli elektron siqaretlər tütün məmulatı hesab ediləcək.

Elektron siqaret xərçəng yarada bilər - Professor
Xəbər verdiyimiz kimi, Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan ediləcək. Bu məsələ Milli Məclisə təqdim olunan qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, eləcə də istifadəsi qadağan olunacaq. Həmçinin nikotin tərkibli elektron siqaretlər tütün məmulatı hesab ediləcək.

Mövzu ilə bağlı meqale.com-a açıqlama verən tibb elmlər doktoru, professor Adil Qeybulla bildirib ki, elektron siqaret ideyasi keçən əsrin 70-ci illərində siqaretə alternativ kimi çıxıb:

"Siqaretdə asılılıq nikotinə bağlıdır. Bununla yanaşı bəzi maddələr ona qatıldıqda burda qətrana bənzər maddələr yaranır. Elektron siqaretlərin tərkibi əsasən 4 komponentdən tütündən əldə edilən nikotin, propilen qlikol və ya qliserol, bitki qliserini və dadlandırıcılardan ibarətdir. Nikotin tütündə təbii olaraq mövcud olan və yüksək dərəcədə asılılıq yaradan bir stimullaşdırıcıdır. Bununla yanaşı bir çox daxili orqanlara mənfi təsirləri məlumdur (ürək, reproduktiv sistem, ağciyər, böyrək və s.). Bir çox tədqiqatlarda onun kanserogen potensialı olduğu qeyd edilmişdir. Nikotin həlledicilərinin (propilen qlikol və bitki qliserini) digər məqsədlər üçün icazə istifadəsinə verilsə də, inhalyasiya riskləri yaxşı öyrənilməmişdir. Propilen qlikol buxar yaratmaq üçün istifadə olunan, qatı olmayan, rəngsiz mayedir, bir çox qida və fərdi qulluq vasitələrinin istehsalında, əczaçılıqda həlledici və antifriz kimi istifadə olunur. Bitki qliserini bir çox hallarda tərəvəzlərdən alınan qatı, şirin mayedir, elektron siqaretlərdə qatı, sıx buxar yaratması və şirin dadına görə istifadə olunur. Bitki qliserini qida və kimya sənayesində zərərsiz bir əlavə kimi geniş istifadə olunur, lakin yüksək temperaturda zəhərli akrolein əmələ gətirdiyi üçün elektron siqaretlərdə istifadə edildikdə risk yarada bilər. Dadlandırıcılar elektron siqaretə xüsusi dad və ətir vermək üçün istifadə olunur. Elektron siqaret istehsalında həm süni, həm də təbii mənbələrdən əldə edilən dadlandırıcılərdən istifadə edilir.

Əlavə olaraq, bəzi nümunələrdə elektron siqaretlərdə və onların aerozollarında müxtəlif miqdarlarda tütünə məxsus nitrozaminlər, uçucu üzvi birləşmələr, polisiklik aromatik karbohidrogenlər, metallar, karbonillər, qlikollar və aldehidlər kimi müxtəlif çirkləndiricilər olduğu müəyyən edilib. Qətrana bənzər maddələr isə nəfəs borusuna düşüb xərçəng yaradır. Müəyyən edilib ki, elektron siqaretin tərkibində olan maddələrin yanmasından bu cür kanserogenlər əmələ gəlir. İstər elektron siqaretlər, istər qəlyanlar bura aiddir. Tütün məlumatlarının elektron variantları, istər təbii versiyası eyni dərəcə orqanizm üçün zərərlidir".

Həkim qeyd edib ki, yeniyetmələr arasında elektron siqaret istifadəsi yetkinlərə nisbətən təxminən 9 dəfə yüksəkdir:

"Elektron siqaretlər, ənənəvi siqaretlərə alternativ olaraq təqdim edilsə də, xüsusilə gənclər və qadınlar arasında geniş yayılıb. Əsas hədəf auditoriyası ilkin mərhələdə siqareti tərgitmək istəyən şəxslər olsa da, son illərin statistikaları göstərir ki, elektron siqaret istifadəsi əvvəllər siqaret çəkməyən yeniyetmələr və gənclər arasında sürətlə yayılmaqdadır. Elektron siqaretlərin ürək-damar sistemi üçün də təhlükə yaratdığını vurğulayırlar. Həmçinin, onlar ürək döyüntüsünü sürətləndirir, qan təzyiqini yüksəldir və uzunmüddətli perspektivdə infarkt və insult riskini artırır".

Qeyd edək ki, məhz bu sağlamlıq risklərinə görə bir çox ölkələr elektron siqaretlərin satışını və istifadəsini qadağan edib və ya ciddi məhdudiyyətlər tətbiq edib. Mütəxəssislər xəbərdarlıq edirlər ki, elektron siqaretlər siqareti tərgitməyin təhlükəsiz yolu hesab olunmamalıdır.