Əfv Komissiyasının növbəti iclasının vaxtı MƏLUM OLDU
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub.
meqale.com xəbər verir ki, bu barədə oxuya komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.
O bildirib ki, komissiyanın bu il üçün ikinci iclası sabah - fevralın 27-də baş tutacaq.
Xatırladaq ki, Əfv Məsələləri Komissiyasının bu il ilk iclası fevralın 12-də keçirilmişdi.