Ebru Gündeşi Azərbaycana toya gətirən milyonçu iş adamı görün kimdir
Xəbər verdiyimiz kimi, dünən Türkiyəli məşhur müğənni Ebru Gündeş Şəmkirdə toyda iştirak edib.
meqale.com bildirir ki, Manset.az sözügedən dəbdəbəli toyla bağlı bəzi məlumatlar əldə edib.
Məlumata görə, toy rayonun Şiştəpə kəndində baş tutub.
Tanınmış iş adamı Aydın Musayev oğlu Raminin 3 övladına kiçik toy edib. İş adamının nəvələrindən biri onun atası Paşa kişinin adını daşıyır. Digərlərinin adı isə Tuncay və Altundur.
Ebru Gündeşlə yanaşı toyda Azərbaycan estradasının tanınmış ulduzları, Xalq artisi Röya Ayxan səhnə alıb. Məclisi tanınmış aparıcı Leyla Quliyeva idarə edib.