"Dizini yerə atıb evlilik təklifi etdi"
"Xaricdə biz başqa bir diqqət görürürük: Maşına hücum edənlər, dizini yerə atıb evlilik təklif edənlər... O vaxt hiss etmirdim, indi yadıma düşəndə görürəm. Mahnını qışqırıb mənimlə oxuyurdular. Polşada partiyə qatılmışdım, orada "Avroviziya" iştirakçıları arasında "Ən yaxşı artist" seçilmişdim. Hamı yaxınlaşıb şəkil çəkdirir, qışqırırlar. Ulduz xəstəsi olmaq qədər bunlar kifayətdir. Ona görə də bizim "Avroviziya" iştirakçıları gələndə depressiyaya düşürlər".
meqale.com axşam.az-a istinadən bildirir ki, bu sözləri "Avroviziya" təmsilçilərimizdən olan Nadir Rüstəmli "Sözbaz" verilişində deyib. Müğənni yarışmada yaşadıqlarından danışıb. O, İtaliyada olduğu zaman evlilik təkifi aldığını da gizlətməyib.
Şəxsi həyatı ilə bağlı suallara Nadir "Sevgilim işimdir. Qız sevgilim yoxdur. Gitaram sevgilimdir. Adını Bella qoymuşam" cavabını verib.
Ailəsi haqda danışan müğənni atasının tanınmış həkim olduğunu bildirib: